Abdullahiyan: İran-Rusiya münasibətlərinin yeni dövründə əməkdaşlıq artacaq

İranın xarici işlər naziri Əmir Abdullahiyan Moskvaya səfəri zamanı rusiyalı həmkarı Lavrovla keçirdiyi görüşü dəyərləndirərək İran və Rusiya əlaqələrinin yeni səhifəsində imtiyazlı əməkdaşlığın həyata keçiriləcəyini bildirib.

Əmir Abdullahiyan İran prezidentinin Moskvaya səfəri ilə bağlı deyib: “Prezidentlər üç saatdan çox səmimi, ciddi, sırf praktik və praqmatik bir atmosferdə görüşdülər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, strateji, iqtisadi, kommersiya, mədəni, elm və texnologiya və özəl sektor ticarətində maraq doğuran demək olar ki, bütün məsələləri və bütün sahələrini nəzərdən keçiriblər. Bu kontekstdə prezidentlər xarici işlər nazirlərinə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün 20 illik yol xəritəsi hazırlamağı tapşırıblar” - deyə o bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan twitter hesabında rusiyalı həmkarı Sergey Lavrovla görüşünü dəyərləndirib. Xarici işlər naziri Əmir Abdullahiyan bu sözləri paylaşıb: “Bizim cənab Lavrovla mühüm görüşlərimiz oldu, o cümlədən İranda yeni atom elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi istiqamətində İran-Rusiya əməkdaşlığı, iki ölkə prezidentləri arasında son razılaşmalar fonunda əməkdaşlığın hərtərəfli inkişafı, eləcə də iki ölkə vətəndaşlarının konsulluq işlərinə diqqət yönəldi.”