Abdullahiyan: Fələstin məsələsi İslam dünyasının birinci məsələsidir

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Suriya rəsmiləri ilə görüşmək üçün Dəməşqə gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyadakı Fələstin müqavimət qruplarının liderləri ilə görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şənbə gecəsi Suriyadakı fələstinli qrupların rəhbərləri ilə görüşündə Fələstin məsələsini İslam dünyasının ilk məsələsi kimi qiymətləndirib. Bu görüşdə o, Fələstin məsələsini İslam dünyasının ilk məsələsi kimi dəyərləndirib və İranın Fələstin xalqının öz vətənlərinin azad edilməsinə və Fələstin hakimiyyəti altında vahid Fələstin dövlətinin yaradılmasına qədər müqavimətinin müdafiəsində qətiyyətli dəstəyini vurğulayıb. Əmir Abdullahiyan Fələstin məsələsinə göz yumaraq, öz daxili problemlərini ört-basdır etməyə çalışan bəzi region ölkələrinin hərəkətlərindən təəssüfləndiyini bildirərək, belə bir hərəkəti məzlum Fələstin xalqının amalına xəyanət kimi qiymətləndirib. Müqavimət qruplarının nümayəndələri Fələstin müqavimətini müdafiə etməkdə göstərdiyi dəstəyə görə İrana minnətdarlıq ediblər.