Abbas Hüseyn Tofiq Yaqubluya dəstək oldu

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn Tofiq Yaqublu ilə bağlı həbsxanadan məktub ünvanlayıb.

 

Operativ.tv Abbas Hüseynin məktubunu olduğu kimi təqdim edir:

 

"Mübariz, əqidəsində həmişə möhkəm olan Qarabağ qazisi Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq, artıq 2 həftədən çoxdur ki, ölüm aclığı edir. İnsanları bu həddə gətirib həyatları üzərində oyun oynayanlar Tofiq bəyi ölümə tərk ediblər. Tofiq bəyin məsələsi hər bir vətəndaşımızı narahat etməlidir. Onun bu aclığı əslində hər bir günahsız məhbusun timsalında bütün qanunsuz həbslərə edilən üsyanı simvolizə edir. Tofiq Yaqublu dərhal azad edilməli, onun şərlənməsində yer alan bütün cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır!"

 

Abbas Hüseyn

MBH İH-nin üzvü

Qobustan həbsxanası

17.09.2020