Abbas Hüseyn: Qarabağ qazisi illərdir ki, günahsız yerə həbsxanadadır

Saleh Rüstəmli və ona dəstək olaraq aksiyada zorakılığa məruz qalanlara etiraz olaraq Abbas Hüseyn paylaşım edib:

"Bir insanı ölüm həddinə çatdırmaq cinayət sayılır. Saleh Rüstəmli artıq 30 gündür ki, aclıq edir. Onun bu həddə qədər gəlməyinə səbəb olanlar qanundan danışıb lakin qanuna əməl etməyənlərdir. Qarabağ qazisi illərdir ki, günahsız yerə həbsxanadadır. İllərdir ki, gördüyü haqsız münasibətlərin nəticəsi olaraq artıq günlərdir ki, o ölüm aclığına oturub. Zəfərlə bağlı verilən amnistiya aktı vətən müharibəsində birbaşa iştirak edənlərə, onların ailə üzvlərinə, onların yaxın qohumlarına şamildirsə, o zaman Saleh Rüstəmlinin göz görə-görə ölümünü gözləmək hansı məntiqdən doğur, anlaqsızdır. Verilən qərarlara əsasən, Qarabağ qazisi dərhal azad olunmalıdır.

Saleh bəyin azadlığı üçün təşkil olunmuş mitinqdə iştirakçıların zorakılığa məruz qalması insanfsızlıq, vicdansızlıq və  qanunların kobud şəkildə pozulmasıdır. Baş verənlər konstitusiyada əksini tapmış sərbəst toplaşmaq haqqında qanunun ayaqların altında tapdalanmasıdır. Günahsız insanların haqqını qoruyanlara qarşı əzələ nümayiş etdirmək qəddarlıqdır. Bu özü insan haqlarını kobud şəkildə tapdalamaq deməkdir. Saleh bəyə və bütün günahsız məhbuslara azadlıq tələb edirik."

 

Abbas Huseyn

8-saylı cəzaçəkmə müəssisəsi.

4 dekabr 2021.