Abbas Hüseyn ölüm təhlükəsi ilə baş başadır.

 
"Cəzaçəkmə müəssisələrində işgəncələrlə bağlı faktların yer aldığı, insan hüquqlarının pozulduğu Azərbaycan reallığı heç kəs üçün yeni deyil. Müsəlman Birliyi Hərəkatına qarşı sözügedən qanunsuzluqlara dair faktlar yetərincə çoxdur. Lakin bu dəfə Hərəkatın İdarə Heyətinin üzvü Abbas Hüseynin qarşılaşdığı davranış dəhşətdir. Saxlandığı 8 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm dispanserinə (TubZon) köçürülən Abbas Hüseynlə qeyri insani davranış onun həyatı üçün ölüm təhlükəsi yaradıb.
Biz, birmənalı olaraq əminik ki, bu davranışlar da planlıdır və arxasında Abbas Hüseynin məhvi gizlənir. Qəti şəkildə buna yol verməyəcəyimizi bəyan edir və bu iyrənc addımların qarşısı alınmayacağı halda adekvat cavab verəcəyimizi bəyan edirik.
Baş verənlərə görə birbaşa Abbaş Hüseynin saxlanıldığı idarənin (TUBZON) rhbərliyi məsuliyyət daşıyır".
Müsəlman Birliyi Hərəkatı.
16.01.2022.