9 illik işğaldan sonra Fransanın son qoşunları Malidən geri çəkilir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Fransa Barkhane əməliyyatı çərçivəsində Malidəki hərbi qüvvələrinin son hissəsinin ölkəni tərk etdiyini açıqlayıb. Açıqlamada, Gaodakı Əməliyyat Səhra Platformasında xidmət edən bölmənin platformanı Mali hərbi qüvvələrinə təhvil verdiyi və günorta saatlarında Nigerə hərəkət etdiyi qeyd edilib. Yelisey Sarayından verilən açıqlamada Barkhane əməliyyatında son Fransız əsgərinin bu səhər saatlarından etibarən Malidən ayrıldığı, Fransanın Sahel, Qvineya körfəzi və Çad gölündə terrorla mübarizə və sabitliyə sadiq qalacağı bildirilib.