Azərbaycan Respublikasında müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən sürücülərin sayı açıqlanıb.
Bu barədə dekabrın 30-da Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, dekabrın 29-da postlardan icazəsiz keçməyə cəhd göstərən 6693 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. İcazəsiz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən 7 taksi sürücüsü isə aşkar edilərək inzibati qaydada həbs edilib.
Həmçinin ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVID-19 xəstəsinin ictimai yerlərdə müəyyən olunaraq evə qaytarıldığı və barələrində cinayət işinin başlanıldığı qeyd edilib.
7 taksi sürücüsü həbs edildi