7-il sizinlə

Bura rahatlıq, əyləncə, səadət evi deyil, bura elə dünya kimi məsuliyyət, vəzifə və çətinliklər məkanıdır. Bizə yaxınlaşmaq istəyənə də təklifimiz bu oldu: biz rahatlıq, gözəllik, fərdi rifah arxasınca deyil, məsuliyyət, ədalət və ictimai bərabərlik üçün bir yerdəyik. Bu düşüncəni qəbul edən doslar qardaş olaraq yanımızda oldu, özünü bu ruhda hiss etməyən doğmalar duaları ilə yardımını əsirgəmədi. İllərcə bu dəyərləri rəhbər tutan bir mübarizə xətti ilə addımlamağa çalışdıq. Şübhəsiz rahat, hamar olmayan bu yol bizi təzyiq təqiblərlə yanaşı həyatın bir çox çətinliklərinə çəkdi. Haqq axtarışında haqsızlıq-böhtan ittihamları eşitdik, ədalət mücadiləsində zülm və əzabla qarşılaşdıq, ictimai bərabərlik xəyalı ilə ictimai qınağın mərkəzinə çəkildik.

Bu mücadilədə qardaşlarımızın bəzisi şəhadət şərbətini daddı, bəziləri qolları qandallandı, bəziləri əlil oldu. Lakin bu nə onların həqiqətini dəyişdi, nə də onların arxasında duran ailələrinin inamını. Biz buna tandığımız 250 yaşlı bir ömür səlnaməsinin nümunələrini vərəqləyərək sinə gəlməyi öyrəndik. Xeyr, bu təkcə sinə gəlmək deyildi, bu son nəfəsinə qədər məzarının belə gizli qalması ilə mücadilə aparılan bir xəttin irs aldığı mübarizənin davamı idi. İşgəncələr, çarmıxa çəkilmələr, məcburi güllə qəlpələri ilə həbs həyatına məhkum edilənlər, beyin şişi ilə dörd divar arasına olanlar nəinki bu mücadilədən yorulmadılar, əksinə böyük motivasiya ilə ətrafları üçün həqiqətin müdafiəsində canlı nümunə olaraq yüksəldilər.

Yeddi illik bir zaman elə ilk addımından vəzifələrin icrasına köklənən bir tarixi onun hədəfində əbədiləşdirdi. Dünən kövrək qədəmləri ilə başlanan fəaliyyət, illərin sərt üzündə sabaha daha böyük rəşadəti möhkəmlədərək günümüzə gəlib çatdı. Eyni hədəf və dəyişməz xətt üzərində yeddi illik bir zamanı arxada qoyaraq yenə sizinləyik. Birlikdə hədəflənən mədsədə mətin addımlarla irəliləmək üçün.

 

Müsəlman Birliyi Hərəkatı.