500 sionist qəsəbə sakini Məscidül-Əqsaya hücum edib

Sionist qəsəbə sakinləri düşmənçilik hərəkətlərinin davamında növbəti dəfə Məscidül-Əqsaya hücum ediblər.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Məscidül-Əqsa demək olar ki, hər gün sionist kütləvi şəkildə və sionist rejim hərbçilərinin dəstəyi ilə bu məscidə daxil olan sionist qəsəbə sakinlərinin hücumun şahididir. 

Sionistlər Məscidül-Əqsaya hücumlarını gücləndirməklə, bu məscidin zaman və məkan bölgüsü üçün zəmin yaratmağa çalışırlar.

Əl-Əhd portalının məlumatına görə, ən azı 500 sionist mühacir çərşənbə axşamı səhər saatlarından Məscidül-Əqsaya basqın edib.

Digər tərəfdən, Fələstin mənbələri sionist ravvin Yəhuda Qlikin bir qrup sionistlə birlikdə Məscidül-Əqsaya hücumundan xəbər veriblər.

Sionist ravvin bu hücumda Məscidül-Əqsanın girişindən Bab Əl-Rəhmanın ətrafında siqnal verməyə başlayıb.