43 minə yaxın insan koronavirusdan ölüb - İlk yerdə İtaliyadır

Dünya üzrə koronavirusa yoluxan insanların sayı 859,295-ə çatıb, onlardan 42,326-sı xəstəlik səbəbindən həyatını itirib.

Operativ.tv “Worldometers.info” saytına istinadən xəbər verir ki, Çinin Uhan şəhərində ortaya çıxan və hazırda 203 ölkədə qeydə alınan COVİD-19 pandemiyasının hazırki episentrləri Avropa və ABŞ olaraq bilinir.

Bu günə qədər 178,131 pasient xəstəlikdən sağalıb. Aktiv pasientlərin sayı isə 638,838 nəfər təşkil edir.

Yoluxma sayına görə ilk beşlikdə olan ölkələr: ABŞ (188,578), İtaliya (105,792), İspaniya (95,923), Çin (81,518), Almaniya (71,808).

Ölüm hallarının sayına görə ilk beşlikdə olan ölkələr: İtaliya (12,428), İspaniya (8,464), ABŞ (4,055), Fransa (3,523), Çin (3,305).