40 min müsəlman deportasiya ediləcək

Türkiyə mediasına istinadən xəbər verilir ki, hökumətin mətbuat katibi Hindistanda qeyri-qanuni bir şəkildə yaşadıqları səbəbilə 40 min arakanlı müsəlmanı deportasiya etmək planları üçün Banqladeş və Myanma ilə danışıqlar apardıqlarını bildirib. On minlərlə Arakan müsəlmanı əksəriyyəti buddist olan Myanmada 1990-larda onlara edilən zülmdən qaçaraq Banqladeşdə yaşamağa başlamışdı, bəziləri daha sonra hinduların əksəriyyətdə olduğu Hindistana keçmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat katibi K.S. Datvalia Myanma və Banqladeşlə Hindistanda yaşayan sadəcə 14 minə yaxın arakanlının BMT-nin Qaçqınlar Agentliyində (UNHCR) qeydiyyatda olduğunu, yerdə qalanının qeyri-qanuni olduğunu və bu insanları geri göndərməklə borclu olduqları məsələlərini görüşdüklərini, məsələnin yaxında daha da dəqiqlik qazanacağını deyib. Hindistanın daxili işlərdən məsul dövlət naziri Kirenricicu parlamentdə verdiyi açıqlamada, federal hökumətin əyalət hökumətlərini qeyri-qanuni qalan əcnəbi əsilli sakinləri müəyyən etmək və ölkədə icazəsiz yaşayan əcnəbi əsilli olanları deportasiya etmək tapşırığını verdiyini bildirib.