4 rayonda qaz təchizatında məhdudiyyətlər olacaq

4 rayonda qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

 

“Azəriqaz” İB-dən verilən məlumata görə, işlərin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

 

Eyni zamanda bu gün səhər saat 09:00-dan qaz təchizatı şəbəkəsində aparılan texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun mərkəzində və bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb.

 

Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq. Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.

Facebook