4 rayona yeni prokuror təyin edilib

Bakının Nəsimi rayonuna yeni prokuror təyin edilib. 
 
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 
 
Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.
 
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.
 
***
 
saat 10:26
 
Bakının daha iki rayonuna yeni prokuror təyin olunub. 
 
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.
 
Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.