30 ölkədən olan müsəlmanların iştirakı ilə “İmam Hüseynin (ə) mesajı” tədbiri

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) hərəmində 30 ölkədən olan qonaqların iştirakı ilə “İmam Hüseynin (ə) mesajı” tədbiri keçirilib.

Bu tədbir hər il keçirilir və sayca 3-cüdür.

Tədbir xaricdən olan, xüsusilə də dini elmləri öyrənən tələbələr və İmam Hüseyni (ə) ziyarət etməyə gələn alimlər üçün şəxslər üçün nəzərdə tutulub.

İştirakçılar arasında Afrika ölkələrindən, həmçinin Hindistan, Pakistan və digər ölkələrdən olan müsəlmanlar olub.

İştirakçılar arasında son zamanlar Əhli-Beyt (ə) aşiqlərinin sayı artan Syerra-Leondan olan nümayəndə heyəti də var.