21 nəfərin ölümündən geriyə bunlar qaldı... - Fotolar

Yanmış avtomobillər, dağılmış evlər, boş qalmış ayaqqabılar, oyuncaqlar, qərənfillər, bir də hüzn... Bunlar Bərdə terrorundan geridə qalanlardır. 

2 gün öncə ermənilərin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak oldu, 70-dən çox insan yaralandı. 

Ondan bir gün əvvəl-oktyabrın 27-si isə Bərdəyə raket atılması nəticəsində 5 nəfər həlak olmuş, 13 nəfər isə yaralanmışdı.

Operativ.tv "Qafqazinfo"ya istinadən Bərdədən son fotoları təqdim edirik: