20 yanvar hadisəsinə hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilməyib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva 20 yanvar faciəsinin ildönümü münasibəti ilə verdiyi açıqlamada bu faciəyə siyasi-hüquqi qiymətin verilmədiyini qınayıb.
 

ABNA24 Xəbər Verir, Leyla Abdullayeva deyib: Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSRİ konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törədib.

Azərbaycan Respublikası XİN rəsmisi sonra deyib: “20 Yanvar faciəsinin üzərindən 32 il keçir. Lakin BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib”.