18 bank 102 milyon cərimə olundu - Türkiyədə

Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi 18 banka 102,1 mln. TL cərimə tətbiq edib.

Buna səbəb bankların bir sıra əməliyyatlarında təlimatlara əməl etməməsi olub. Belə ki, qurum qərarın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə zamanı fərdi və biznes müştəriləri tərəfindən daxil olan şikayətlərin araşdırılmasından sonra verildiyini bildirib.

Agentlik açıqlamasında şikayətlər əsasında aparılan yoxlamalarda bankların təlimatlara zidd əməliyyatlarının aşkarlandığını və 18 banka ümumilikdə 102,1 mln. TL inzibati cərimə tətbiq edildiyini qeyd edib.