17 qadın, 1 kişi və 1 uşaq... Öldürdüyü adamları həm yedi, həm də qonşularına verdi

Keçən il Meksikada tutulan və qurbanlarını həm yediyini, həm də qonşularına verdiyini etiraf edən silsilə qətllər törədən qatil Andres Filomeno Mendoza Celis haqqında sənədli film çəkilir. Səlahiyyətlilər bildiriblər ki, qatilin evində davam edən araşdırmalar zamanı indiyədək 4600 insan sümüyü tapılıb.
Operativ.tv HABER GLOBAL -a istinadən xəbər verir ki, Meksikanın Atizapan şəhərində 2021-ci il mayın 18-də tutulan və daha çox qadınları hədəf alan 73 yaşlı qatil Andres Filomeno Mendoza Çelisin evində tapılan insan sümüklərinin sayının 4600-ə qədər artdığı bildirilib.
Sümüklərin 17 qadın, 1 kişi və 1 uşağa aid olduğu aşkar edilsə də, səlahiyyətlilər qatilin 40 yaşdan yuxarı ən azı 30 qadını öldürdüyündən şübhələnirlər.
Bu günə qədər qatilin evində aparılan istintaqda şübhəlinin törətdiyi güman edilən 20 qətlin səs yazıları, o cümlədən qurbanlara məxsus sümüklər, qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, baş dərisi, kəllə sümüyü, pala və s. tapılmışdır.
Məlum olub ki, ixtisasca qəssab olan və həbs edildikdən sonra aparıldığı məhkəmədə qurbanlarını yediyini etiraf edən qatil qurbanlarının ətini həm də qonşularına verib.
Qadınların qətlinə görə ömürlük həbs cəzası alan qatil sonrakı məhkəmə prosesində öldürdüyü qadınların ətini qonşularına verdiyini etiraf edib.
Meksika səlahiyyətliləri, qatilin hekayəsini izah edəcək bir sıra sənədli filmlərin yayımlanacağını açıqlayıb.