150 fanatik yəhudi əl-Əqsaya soxuldu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, çox sayda radikal yəhudi Qüds şəhərində yerləşən əl-Əqsa məscidinin ərazisinə soxulub.

Bu barədə Qüds İslam Fondları İdarəsindən məlumat verilib.

Belə ki, İsrail qüvvələrinin müşayiəti altında 150 fanatik yəhudi “Bab əl-Məğarib” qapılarından Məscidül-Əqsanın ərazisinə daxil olub.

Onlar ərazidə bir qədər zaman keçirdikdən sonra oranı tərk ediblər. Gün ərzində daha bir yəhudi qrupunun məscid ərazisinə müdaxilə edəcəyi gözlənilir.

Qeyd edək ki, yəhudi radikalların təxribat xarakterli hərəkətləri regionda vəziyyətin gərginləşməsinə səbəb olur.