11 qadının ölümünün səbəbinin gizləndiyi "Qara qutu" tapıldı - Foto

Bu il martın 11-də İranda qəzaya uğrayan Türkiyənin "Başaran" holdinqinə məxsus özəl təyyarənin ikinci "qara qutusu" tapılıb.

Teleqraf.com xəbər verir ki, Bu barədə İranın Mülki Aviasiya İdarəsi açıqlama yayıb. FDR (Flight Data Recorder) qurğusunun yaddaşının pozulmadığı bildirilir.

Qeyd edək ki, bu il martın 11-də İranda Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə qəzaya uğraması nəticəsində 11 qadın dünyasını dəyişib.

Təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.